Modern.az

Şamaxı və Ağdamda evlər yandı

Şamaxı və Ağdamda evlər yandı

Aktual

22 Mart 2022, 08:37

Şamaxı rayonunun Dədəgünəş kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 44 m² olan birmərtəbəli inzibati binanın dam örtüyü 20 m² sahədə və qismən tavanı yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, binanın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan əlavə, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ümumi sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı