Modern.az

Yalnız prezidentlərin görüşü sülhün açarı ola bilər - AÇIQLAMA

Yalnız prezidentlərin görüşü sülhün açarı ola bilər - AÇIQLAMA

Aktual

22 Mart 2022, 12:28

Ukrayna və Rusiya prezidentlərinin görüşü sülhün bərpası üçün açardır. Belə bir sammit təkbətək söhbət üçün mümkün kompromislər işlənib hazırlandıqda baş tuta bilər.

 

Modern.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri, nümayəndə heyətləri səviyyəsində danışıqların iştirakçısı Mixail Podolyak deyib.

 

"İstənilən fundamental qərarlar yalnız iki ölkə - Rusiya Federasiyası və Ukrayna prezidentlərinin görüşündə qəbul edilə bilər", - o bildirib.

 

Podolyakın sözlərinə görə, Zelenski bu gün iki ölkə arasında baş verənlərin bütün aspektlərini dəqiq dərk edən yeganə şəxsdir.

 

"Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. Bu görüş hazırlanır, onu təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz var, müharibənin qaynar fazasının sona çatmasında maraqlı olan bir çox ölkələr var. Danışıqlar prosesi çərçivəsində işçi qrupları yaradılanda bəzi ilkin sənədlər hazırlanıb prezidentlərə veriləcək, onlar bunu qiymətləndirəcəklər, bu, artıq bir yol xəritəsidir ki, üzbəüz müzakirə oluna bilər. Sonra bu görüş baş tuta bilər”, - Podolyak bildirib.

 

Lakin o, bu görüşün nə vaxt baş tutacağını proqnozlaşdırmaqdan imtina edib.

“Hələlik konkret tarix yoxdur”.

 

Podolyak qeyd edib ki, Ukrayna “döyüş hazırlığını və maddi-texniki cəhətdən yetkinliyini nümayiş etdirib” və “müharibənin infrastrukturunu qurmağa” nail olub.

“Bu, düzgün danışıqlar aparmağa və prezident üçün çox yaxşı mövqe hazırlamağa imkan verir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı