Modern.az

Xocasən gölü ətrafında yaşıl koridor yaradılır

Xocasən gölü ətrafında yaşıl koridor yaradılır

Aktual

22 Mart 2022, 17:55

Ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yaz ağac əkini çərçivəsində ağacəkmə tədbirləri davam edir.

 

Modern.az-ın məlumatına görə, ETSN-in Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bu gün keçirilən ağacəkmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xocasən gölü ətrafında Abşeron yarımadasının iqliminə uyğun 1000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

 

S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı