Modern.az

Saakaşvili müharibənin olacağını bilirmiş - Gürcü Arzusu

Saakaşvili müharibənin olacağını bilirmiş - “Gürcü Arzusu”

Aktual

3 Aprel 2022, 10:45

"Saakaşvilinin arzusu Gürcüstanı müharibəyə daxil etmək və ölkədə gərginlik yaratmaqdır".

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradze jurnalistlərə müsahibəsində deyib.

 

O bildirib ki, Saakaşvili Ukraynada müharibənin baş verəcəyindən xəbərdar olub və bunun üçün Gürcüstana gəlib:

 

"Aylar ərzində qeyd edirdik ki, bu konspirasiya nəzəriyyəsinə bənzəyir. Bu gün Saakaşvili yanılaraq dedi ki, hiss edirdim belə bir vəziyyət meydana gələcək və bu baş verdi. O hansı vəziyyətdən danışır? Nə bilirdi və ölkəyə nə üçün qayıtdı? Əminəm ki, onun bu gün baş verənlərlə bağlı müxtəlif gözləntiləri var idi. O, Ukraynadan Gürcüstana qarışıqlıq yaratmaq üçün gəlib. Məhkəmə iclası zamanı bu şəxs bəyan etdi ki, belə bir vəziyyət yaranacağını bilirdi. Məhz bu vəziyyətin yaranması və Gürcüstanı müharibəyə daxil etmək onun arzusu idi. Bizim ölkəmiz müharibəyə qoşulmur və öz vətəndaşlarının müharibədə həlak olmasına, ölkəyə faciəvi zərərin dəyməsinə imkan verməyəcək. 8 il ərzində gələcəyini söz verirdi, ancaq buna cəsarət edə bilmirdi. Parlament seçkiləri daha önəmli deyildimi? Niyə məhz bu hadisələrdən öncə gəldi?," - deyə Mdinaradze bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı