Modern.az

“Mina məsələsi diqqətdə olmalıdır” – PA rəsmisi

“Mina məsələsi diqqətdə olmalıdır” – PA rəsmisi

Aktual

5 Aprel 2022, 11:20

Azərbaycanın Avropa Şurası ilə əlaqələri qarşılıqlı hörmət əsasında formalaşıb və ölkəmiz Avropa Şurası ilə münasibətlərdə üzərinə düşəni tam yerinə yetirib.


Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla İş sektorunun müdiri Həbib Mikayıllı Avropa Şurasının Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı çıxışında deyib.

 

"Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsizlik şəkildə doğma yurdlarına qayıtmasının qarşısını almış olur. Eyni zamanda itkin şəxslərlə bağlı məsələlər də önəmlidir", - deyə PA rəsmisi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı