Modern.az

Rusiya Ukraynanın son sutkadakı itkilərini açıqladı

Rusiya Ukraynanın son sutkadakı itkilərini açıqladı

Aktual

5 Aprel 2022, 12:17

“Son sutka ərzində Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 134 hərbi obyektini vurub”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

“Məhv edilənlər arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, “Toçka-U” raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı