Modern.az

İsgəndər Həmidov: “Bugünkü vəziyyət “Bozqurdlar”ı da narahat edir”

İsgəndər Həmidov: “Bugünkü vəziyyət “Bozqurdlar”ı da narahat edir”

Aktual

5 Fevral 2013, 12:56

Qarabağ Müharibəsində iştirak etmiş, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının qurucuları bir araya gəliblər. Partiyadan Modern.az-a bildirilib ki, “Bozqurdlar” müharibə iştirakçısı, uzun illər siyasi səhnədə mübarizə aparan, indiki iqtidarın təzyiqləri üzündən həbsxanalara düşən Eldar Tağıyevin 50 illik yubileyini qeyd ediblər.

Toplantıda əksər siyasi təşkilatlarda təmsil olunan “Bozqurdlar” və hazırda siyasi prosseslərdən kənarda dayanan millətçilər iştirak ediblər. Toplantıda çıxış edən ölkə “Bozqurdlar”ının lideri İsgəndər Həmidov mütəmadi olaraq Azərbaycan millətçilərinin bir arada olmasının, son zamanlar həmrəylik nümayiş etdirərək prosseslərdə yaxından iştirak etmələrindən məmnun olduğunu bildirib.

Sabiq daxili işlər naziri bildirib ki, ölkənin bügünki vəziyyəti bütün vətəndaşlar kimi “Bozqurdlar”ı da narahat edir. Qarabağ savaşında həyatını, yaşamını itirən millətçi döyüşçülərin bu gündə öndə olmalarından danışan İsgəndər Həmidov deyib ki, Eldar Tağıyev 90-cı illərin əvvələrində gedən döyüşlərdə yaxından iştirak edib. O yubilyarın həyat yolunu yaxşı bildiyini, mübarizədə hər zaman öndə olduğunu xüsusi qeyd edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı