Modern.az

“Nizami Ələkbərov qohumlarının qurbanı oldu”

“Nizami Ələkbərov qohumlarının qurbanı oldu”

Güncel

15 Fevral 2013, 12:05

“Əgər o, ismayıllılardan üzr istəsəydi, prezident də onu bağışlayardı” Bunu Modern.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli doğulduğu İsmayıllı rayonundakı kadr dəyişikliyinə münasibət bildirərkən deyib.

T.Kərimliyinin sözlərinə görə, İsmayıllının yeni icra başçısı Mirdaməd Sadıqov ölkə başçısının dediyi kimi, çox sadə və təvazökar insandır.

“Mən də bu addımı müsbət qiymətləndirirəm. Ötən dəfə çıxışımda bildirdimki, Nizami Ələkbərov xalqdan üzr istəməlidir. O da inarkarlıq elədi üzr istəmədi. Bəlkə də o ismayıllılardan üzr istəsəydi prezident də onun günahından keçərdi, xalq da. Çünki özü yığılana balta vurmaq olmaz. Onu qohumlarının müəyyən hərəkətləri olmuşdu, Nizami Ələkbərov bunun qurbanı oldu.

Yeni icra başçısını yaxşı tanıyıram. Çox gözəl insandır. Onun atası ilə mən 1987-ci ildən yaxın olmuşam. Atası da çox gözəl insan idi. Onun oğlu da prezidentin dediyi kimi əsl təvazökar adamdır. İnanıram ki, Mirdaməd Sadıqov İsmayıllı camaatı ilə prezidentin dediyi kimi sadə rəftar edəcək və özünü doğruldacaq”,-deyə T.Kərimli münasibət bildirib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı