Modern.az

Gözdən əlillər üçün yaşayış binası inşa edilir

Gözdən əlillər üçün yaşayış binası inşa edilir

Aktual

15 Fevral 2013, 15:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, gözdən əlillərin sosial reabilitasiya işinin daha dolğun və səmərəli şəkildə təmin edilməsi üçün Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir. Mərkəz 4 mərtəbədən ibarət olmaqla, digər yardımçı korpuslara (idman zalı, hovuz, konfrans zalı və s.) malik olacaq və burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.

 

Hazırda Bakının Nərimanov rayonunda bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Qeyd olunan mərkəzin və yaşayış binasının tikintisi cari ildə yekunlaşacaq.

 

 

 

  Aytən  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı