Modern.az

"Qarabağ" Qurban Qurbanovla 3 illik müqavilə imzaladı

Aktual

11 May 2022, 16:40

“Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandanın baş məşqçisi olacaq.

 

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci idən “Qarabağ” klubunu çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı