Modern.az

Saakaşvili özəl xəstəxanaya yerləşdirildi

Saakaşvili özəl xəstəxanaya yerləşdirildi

Aktual

12 May 2022, 10:36

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanadan özəl klinikaya köçürülüb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Eks-prezidentin bu gün “Vivamedi” klinikasına köçürüldüyü bildirilib.

Xatırladaq ki, Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs edilib. Eks-prezident Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılıb. Onun sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilib.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze bu yaxınlarda siyasətçinin lazımı müalicə və dərmanlarla təmin olunduğunu deyib. O, keçmiş prezidentin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı böhtan kampaniyasının aparıldığını söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı