Modern.az

Meymun çiçəyi daha bir ölkə

“Meymun çiçəyi” daha bir ölkədə

Aktual

21 May 2022, 00:07

İsraildə "Meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma aşkar edilən 30 yaşlı şəxs bu yaxınlarda xarici səfərdən qayıdıb. O, virus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti yüngül qiymətləndirilir və həkim nəzarəti altında karantinə alınıb.

Bundan öncə Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı