Modern.az

Bakıda İtaliya Dizayn Günü keçirilir

Bakıda İtaliya Dizayn Günü keçirilir

Aktual

24 May 2022, 17:57

ADA Universitetində İtaliya Dizayn Günü keçirilir.


Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə ADA Universitetinin rektoru Hafiz Paşayev açıb.


Rektor Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində möhkəm əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

 

"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya səfəri zamanı əldə edilmiş razılaşmaların icra edilməsi çərçivəsində baş tutub. Səfər zamanı “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Universitetin açılması Azərbaycan-İtaliya əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir addım olacaq".

 

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri də tədbirdə iştirak edib:


“Bizim üçün dizayn, incəsənət həyatımızın və tariximizin bir hissəsidir. Azərbaycan və İtaliya dizayn sahəsində sinerji yaradır. Bu gün biz italiyan dizaynerlərin və dizayn sahəsində peşəkarların işlərini birləşdirən sərgi nümayiş etdirəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı