Modern.az

Rafael Ağayev yenidən Avropa çempionatında

Rafael Ağayev yenidən Avropa çempionatında

مورد توجه

25 May 2022, 10:44

Türkiyənin Qazientep şəhərində start götürəcək karate üzrə Avropa çempionatında Azərbaycanın 6 idmançısı mübarizəyə başlayacaq. 

 

Modern.az xəbər verir ki, turnirin favoritlərindən olan 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 1/16 finalda kiprli Panayiotis Loizidislə qarşılaşacaq. 

 

Qadınların yarışında əsas favoritlərdən sayılan İrina Zaretska isə 1/8 finalda fransalı Alizi Agierlə qüvvəsini sınayacaq. 

 

Digər idmançılarımız rəqibləri belədir:

 

Kişilər

 

84-kq Turquq Həsənov – Tomas Silva (Portuqaliya) – 1/16 final
84+ Asiman Qurbanlı – Georgios Tzanos (Yunanıstan)

 

Qadınlar

 

61-kq Alya Rzazadə - Alessandra Manqiaçapra (İtaliya) – Aleksandra İlankoviç (Macarıstan) cütünün qalibi – 1/8 final

68 kq+ Fəridə Əliyeva – İvana Peroviç (Serbiya) – 1/16 final

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı