Modern.az

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Aktual

26 May 2022, 17:50

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli İlham Heydər oğlu.

 

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

 

Azərbaycanın müstəqillik əldə etməsindən ötən onilliklər ərzində ölkədə dövlət quruculuğunda, iqtisadiyyatın və sosial sahənin inkişafında strateji yüksəliş baş verib.

 

Aşkardır ki, ölkənin nailiyyətlərinin çoxu məhz Sizin adınızla bağlıdır və mühüm məsələlərin həllinə peşəkar, ölçülüb-biçilmiş yanaşmanın nəticəsidir. Bu gün respublika özünün zəngin və bənzərsiz mədəniyyətini qoruyub saxlayır, çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrini zənginləşdirir.

 

Bu ənənələr əsasında xalqlarımız arasında yaranmış etimad və tərəfdaşlıq mühiti qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsi üçün mühüm amildir. Anadan olmasının 100 illiyini 2023-cü ildə qeyd edəcəyimiz böyük Rəsul Həmzətovun yazdığı kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim ədəbi qardaşlığımızdan danışsın!

 

Hörmətli İlham Heydər oğlu, icazə verin, Zati-alinizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq arzularımı bildirim".

 

***

Eyni zamanda, Peru Respublikasının Prezidenti Xose Pedro Kastilyo Terrones Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir:

 

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Peru hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 

Bu əlamətdar gündə bir daha məmnunluqla bildirirəm ki, Peru hökuməti xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqdır.

 

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

 

Bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha ən dərin ehtiramımı bildirirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı