Modern.az

Kuba lideri İlham Əliyevə məktub YAZDI

Kuba lideri İlham Əliyevə məktub YAZDI

Aktual

26 May 2022, 18:47

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Cənab Prezident.

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

 

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.

 

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı