Modern.az

Ermənilər xroniki həyasızlıq xəstəliyinə tutulublar...

Ermənilər xroniki həyasızlıq xəstəliyinə tutulublar...

Aktual

31 May 2022, 08:54

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Brüsseldəki son görüşdən sonra erməni “başbilənlərin” çıxışlarının xronikasına diqqət edəndə, bu xalqın xroniki həyasızlıq xəstəliyinə tutulduğuna bir daha əmin olursan. 


Əlbəttə, Brüsseldə Xankəndi separatçılarının iddia etdikləri “Artsax xalqı” kimi deyil, məhz Azərbaycanda yaşayan etnik ermənilər adlandırılması, delimitasiya və demarkasiya, həmçinin kommunikasiyaların açılması barədə razılıq əldə edilməsi sülhə yaxınlaşmaq baxımından nə qədər ümidverici görünsə də, erməni xislətini bilənlər üçün bu işin tezliklə reallığa çevriləcəyi o qədər də inandırıcı deyildi. Çünki ermənilərə inananın sonda daş atıb başını tutduğunu tarix çoxdan sübut edib. 


Əvvəlcə bu görüşü “Erməni xalqının Brüssel sui-qəsdi” adlandıran Ermənistan müxalifət blokunun deputatı Andranik Tevanyan “Qərb Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən, həmçinin demarkasiya, delimitasiya məsələsindən, nəhayət, Qarabağdan sıxışdırıb çıxarmaq istəyir... Üstəlik, Qarabağ erməniləri Azərbaycanda yaşayan milli azlıq hesab olunur”, - deyə o dəqiqə hay-həşir salıb Rusiyanı hayladı.


Bu “haya” hay verən Rusiya baş diplomatı Lavrovun dərhal öz erməni həmkarı ilə telefonda nə danışdığını bilən olmasa da, rusiyalı siyasətbaz Sergey Markedonov “Məsələ onsuz da yekun “böyük razılığa” çatmayacaq”, - deyə İrəvanla Bakı arasında ziddiyyətlərin əvvəlki kimi hələ də böyük olduğunu bildirdi. Başqa sözlə desək, Markedonov qeyd etdi ki, “sizi heç bir halda barışmağa qoymayacağıq”.


Bu yanaşmadan ruhlanan əldəqayırma “Artsax birləşmiş parlament fraksiyası” Şarl Mişelin “etnik Qarabağ erməni əhalisi” ifadəsi ilə bağlı “bəyanatda”, “İndiki şəraitdə Ermənistan Respublikasının hakimiyyət orqanları yalnız Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun müdafiəsini rəhbər tutmağa borcludurlar. İki erməni respublikasının yaradılması haqqında bəyannamələri, eləcə də müstəqillik referendumunu nəzərə almaq lazımdır. Heç bir liderin və ya siyasi qüvvənin Vətənin gələcəyini təkbaşına həll etmək hüququ yoxdur”, - deyə öz xəstəliklərini yenə də göstərdilər. Bu azmış kimi hələ separatçılar “Ermənistan və Azərbaycan arasında “dinc eranın” açılmasında Avropa Şurası prezidentinin rolu onda başa düşülərdi ki, Brüssel Azərbaycanın 2020-ci ilin sentyabrında Artsax Respublikasına qarşı törətdiyi təcavüzə eyni şəkildə reaksiya vermiş olardı”, - deyib “qaragözlük” etdilər.


Sözsüz ki, bəlkə də daxili auditoriyanı sakitləşdirmək üçün erməni “nazirbaşı” parlamentdə əvvəlki hakimiyyəti günahlandırıb “1991-ci il sentyabrın 2-də keçirilmiş referendumun nəticələri və 10 dekabr 1991-ci ildə konstitusiyanın qəbulu Qarabağla bağlı danışıqlar prosesinin əsası kimi qoyulmuşdur. Ancaq Qarabağ nizamlanmasına dair “Madrid prinsipləri” bildirir ki, Dağlıq Qarabağın gələcək statusu referendumla müəyyənləşəcək və Ermənistan hakimiyyəti bununla razılaşıb. Beləliklə, onlar 1991-ci il referendumunu qeyri-legitim ediblər”, - desə də, bunun ardınca Paşinyana cavab olaraq Xankəndidə keçirilən mitinqdə separatçılar bir neçə gün əvvəl Qarabağdakı Rusiya “sülhməramlı” kontingentinin mayoru Vitali Fominin iştirakı ilə bu şəhərdə ermənipərəst, fizikaçı Andrey Saxarovun “ağzını göyə qoymuş” abidəsinin üstünə yazılmış “Cəsarətli olun ermənilər, sizin işiniz haqq işidir” çağrışından ürəklənib, “Heç kim Artsaxın taleyini təkbaşına həll edə bilməz. Bizi vətənimizdə qonaq kimi yaşamağa məcbur etmək olmaz. Biz buna heç vaxt icazə verməyəcəyik və torpağımızı tərk etməyəcəyik, bizdən gözlənildiyi kimi, vətənimiz uğrunda mübarizəmizi davam etdirəcəyik” - dedilər.


Paşinyan isə öz növbəsində tez “Müxalifətin Azərbaycanla sülh müqaviləsinin Dağlıq Qarabağa təsir etməməli olduğuna inanmaq hüququ var. Azərbaycan təkid edir ki, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını bəyan etsinlər. Biz deyirik ki, bu, məqbuldur, çünki bizim üçün Dağlıq Qarabağ məsələsi ərazi məsələsi deyildi, bu, hüquq məsələsidir”, - deyib özünü təmizə çıxardı. Bunun ardınca da separatçıbaşı Arutyunyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ nizamlanması kontekstində Qarabağın etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ifadəsini qəbuledilməz adlandırdı, eləcə də “dqr”in taleyini, həmçinin statusunu həll etmək üçün müstəsna hüququn yalnız Qarabağın “öz xalqına” və “hakimiyyətinə” məxsus olduğunu bildirdi.


Separatçılıq xəstəliyinə tutulmuşların “dövlət naziri” Artak Beqlaryan isə bir az da irəli gedərək, “Münaqişənin həllinin əsas prinsipi xalqların öz müqəddəratını təyinetmə hüququnun tam reallaşdırılmasıdır. Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi, həmçinin onun nəticələri Artsaxın indiki və gələcək statusuna təsir edə bilməz. Axı Qarabağ münaqişəsi Ermənistan Respublikası ilə deyil, Dağlıq Qarabağ Respublikası ilə münaqişədir”, - deyib bütün hədləri aşdı. Ermənistan XİN-ni də “Azərbaycan tərəfi bu məsələni ərazi mübahisəsi kimi təqdim etməyə cəhd edir, onun mahiyyəti isə Artsax ermənilərinin hüquqlarını qorumaq və etnik təmizləmə təhlükəsini aradan qaldırmaqdır”, - deyə Qarabağ separatçısının sözünü dəstəklədi.


Maraqlıdır, Azərbaycan ta bundan artıq nə etməlidir, öz suveren ərazisini hər yerindən qalxan və ya qaldırılan separatçılara pay verməlidirmi?! Bu millət hələ də anlamır ki, Bakı üçün Qarabağda yaşayan etnik ermənilərin hüquqları ilə Azərbaycanın istənilən bölgəsində yaşayan dinindən, millətindən asılı olmayaraq vətəndaşlarının hüquqları eynidir və eyni də təmin olunacaq.


Ancaq Brüsseldəki görüşdən sonrakı son 8 gün onu təsdiq etdi ki, ermənilər Rusiyalı “sülhməramlıların” arxasına sığınaraq, öz separatçılıq “fəaliyyətindən” və məkirli niyyətlərindən heç də əl çəkmək fikrində deyillər. Bu xalq həqiqətən də xroniki həyasızlıq xəstəliyinə tutulub və onların yeganə müalicə yolu antiterror əməliyyatı keçirərək, sülhə məcburetməkdən keçir!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı