Modern.az

Macarıstanın XİN başçısı Azərbaycana gəldi

Macarıstanın XİN başçısı Azərbaycana gəldi

Aktual

2 İyun 2022, 09:26

Macarıstanın xarici işlər naziri Peter Piyatro Azərbaycana səfərə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Nazir Bakı Enerji Forumunda iştirak edəcək.

 

“Beynəlxalq siyasətin birinci, ikinci və üçüncü mühüm mövzuları enerji təhlükəsizliyi məsələləridir. İstər təbii qaz, istər neft olsun, hamı yeni mənbələr axtarmağa çalışır”, - XİN başçısı paylaşımında qeyd edib.

 

Bakı Enerji Forumunda Rumıniya, Serbiya, Türkiyə, Bolqarıstan və Qazaxıstanın XİN başçılarının da iştirakı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı