Rusiya Müdafiə Nazirliyi Ukraynanın müharibədəki itkilərini açıqlayıb.
Modern.az xəbər verir ki, nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, xüsusi hərbi əməliyyat zamanı 130-a yaxın Ukrayna hərbi helikopteri məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 186 təyyarə, 129 helikopter, 1084 pilotsuz uçuş aparatı, 327 zenit-raket kompleksi, 3373 tank və digər zirehli döyüş texnikası, 460 reaktiv yaylım atəşi sistemi, 1752 səhra artilleriya və minaatan silahlar, həmçinin 3350 ədəd xüsusi hərbi maşın məhv edilib”, - Konaşenkov bugünkü brifinqdə bildirib.
İqor Konaşenkov deyib ki, Rusiya aviasiyası son sutka ərzində 240-a yaxın ukraynalı millətçini məhv edib.
“Ümumilikdə hava zərbələri nəticəsində 240-a qədər millətçi zərərsizləşdirilib”, - Konaşenkov vurğulayıb.
Onun sözlərinə görə, pilotsuz təyyarələr Ukrayna ordusunun canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 15 əraziyə zərbələr endirib.