Modern.az

Fond rəsmiləri “Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi”ndə

Fond rəsmiləri “Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi”ndə

Aktual

2 İyun 2022, 14:34

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunub.

 

Modern.az xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir.

 

Aqrar Sığorta Fondunun əməkdaşları da öz növbəsində bayram münasibəti ilə Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət ediblər.

 

Ziyarətin əsas məqsədi Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayramında valideyn himayəsindən mərhum olmuş uşaqları sevindirmək, onlara dəstək olmaq və bayramlarını daha yaddaqalan etmək olub. Fondun əməkdaşları öz diqqət-qayğıları ilə balacaları sevindirmişlər.

 

Belə ki, ziyarət çərçivəsində əyləncəli şou-proqram təşkil olunub və proqramın sonunda uşaqlara müxtəlif hədiyyələri təqdim edilib.

 

Məlumat üçün bildiririk ki, 2007-ci ildən Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi açılmışdır. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası və həmçinin küçədə yaşayan, kimsəsiz, baxımsız və həssas qrupdan olan uşaqlara sosial, psixoloji, hüquqi yardımın göstərilməsi, onların sığınacaqla, təhsillə, paltarla, qida ilə,asudə vaxtının təşkili ilə bağlı və s. zəruri xidmət və tibbi yoxlama ilə təmin edilmələri həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı