Modern.az

Daha 5 rayonda "Azəriqaz"ın "Açıq mikrofon"u qurulacaq

Daha 5 rayonda

Aktual

4 İyun 2022, 11:25

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, növbəti həftə (06-10.06.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Ağsu rayonunda (M.Ə. Rəsulzadə küçəsi,  İstirahət Parkı), ikinci günü saat 11:00-dan 12:00-dək Qobustan rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (S.Ə.Şirvanı küçəsi 74, Tarix-Diyarşünaslıq Muzeyinin qarşısındakı park), 4-cü günü saat 12:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) və 5-ci günü isə saat 12:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı)  baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Daha 5 rayonda "Azəriqaz"ın "Açıq mikrofon"u qurulacaq - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı