Modern.az

Son sutkada 13 nəfər koronavirusa yoluxdu

Son sutkada 13 nəfər koronavirusa yoluxdu

Current

4 İyun 2022, 16:44

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 040 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2302, bu günə qədər isə ümumilikdə 6 905 419 test icra olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı