Türkiyədə mikroavtobus aşıb.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Siirt bölgəsinin Karakaya kəndi yaxınlığında mikroavtobusun dərəyə aşması nəticəsində 4 nəfər ölüb, 1-i ağır olmaqla, 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbi araşdırılır.