Modern.az

Girov götürülən türk qadınlar azad edildi

Girov götürülən türk qadınlar azad edildi

مورد توجه

8 İyun 2022, 08:00

Haitidə girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, girov götürülən qadınların səhhəti pisləşdiyi üçün sərbəst buraxılıblar.

 

Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gələn avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı