Modern.az

İllər sonra 15 cinayətin üstü AÇILDI

İllər sonra 15 cinayətin üstü AÇILDI

Aktual

8 İyun 2022, 10:12

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

   
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı