Modern.az

Türkiyə, Rusiya və Ukrayna XİN başçıları görüşə bilər

Türkiyə, Rusiya və Ukrayna XİN başçıları görüşə bilər

مورد توجه

8 İyun 2022, 12:50

Rusiya və Ukrayna arasında dialoqa şərait yaratmaq Türkiyənin gündəmindədir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

 

“Son zamanlar Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı açıqlamalar verib, eyni zamanda Türkiyə də bunu dəstəkləyir. Artıq bizim xarici işlər nazirləri səviyyəsində 3-cü görüşümüzdür. Ümid edirik ki, yaxın zamanda növbəti üçtərəfli görüş olar. Bugünkü görüşdə əsas məsələ Ukrayna idi”, - Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, bu gün Ankarada Türkiyə və Rusiya XİN başçıları arasında görüş keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı