Fransanın keçmiş prezidenti 67 yaşlı Fransua Olland aktrisa Jüli Qaye ilə ailə həyatı qurub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük hamıdan gizli şəkildə nikaha girib.
Mərasim ötən həftə Korrez şəhərində baş tutub. Nikah mərasimində onların yaxınları iştirak etməyib.
Məlumata görə, 50 yaşlı Jüli Qaye 2006-cı ildə boşanıb, iki uşaq anasıdır.