Modern.az

Çörək sexindən oğurluq - Əməlini etiraf etdi

Çörək sexindən oğurluq - Əməlini etiraf etdi

مورد توجه

10 İyun 2022, 08:59

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən və fəaliyyəti dayandırılan çörək bişirmə sexlərinin birindən oğurluq edilməsi və müəssisəyə 13370 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb.


Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.


Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı