DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsi təmin olunur.
İdarəetmə Mərkəzində olan məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM"radio kanalı və digər informasiya resursları ilə ictimiayyətə çatdırılır.