Modern.az

Şəkidə maşın ağaca çırpıldı - Sürücü öldü

Şəkidə maşın ağaca çırpıldı - Sürücü öldü

Aktual

11 İyun 2022, 08:41

Şəki şəhərində minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, şəhərin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı