Modern.az

“Telegram”ın pullu versiyası işə salındı

“Telegram”ın pullu versiyası işə salındı

Aktual

20 İyun 2022, 08:27

"Telegram" messenceri istifadəçilərə əlavə funksiyalara giriş imkanı verən ödənişli "Premium" versiyanı işə salıb. Eyni zamanda, tətbiqin özü pulsuz olaraq qalacaq.

 

Modern.az ki, bu barədə messencerin rəsmi saytında məlumat yer alıb.

 

"Telegram"a pullu abunə olduqdan sonra tətbiqdə demək olar ki, bütün limitlər ikiqat artır. Abunəçilər 4 GB-a qədər faylları yükləyə, faylları maksimum sürətlə endirə, unikal stikerlər və reaksiyalar göndərə, söhbətləri idarə etmək üçün əlavə alətlərdən istifadə edə və bir çox başqa üstünlüklər alacaq.

 

Eyni zamanda, tətbiqin təxminən on il ərzində görünən bütün funksiyaları pulsuz olaraq qalacaq.

 

2022-ci ildə "Telegram"ın aktiv istifadəçilərinin sayı ayda 700 milyon nəfəri ötüb və messencer dünyada ən çox yüklənən beş proqramdan biri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı