Modern.az

Qarabağda məscidlər tikilir

Qarabağda məscidlər tikilir

Aktual

20 İyun 2022, 10:08

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı


Azərbaycanda dinə qayğı və diqqət ən yüksək səviyyədədir


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı hər zaman yüksək olub. Biz Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin davamlı olaraq məscidləri ziyarət etdiklərinin şahidi oluruq.


Bu özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Bu gün Ağdamda, Şuşada, Zəngilanda bilavasitə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları inşa, təmir və bərpa olunur.


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa və Şərqi Zəngəzura bütün səfərlərində məscidlərə gedərək orada dualar edirlər. Hətta özləri ilə bərabər apardıqları Quranı da məscidlərə hədiyyə edirlər.


Eyni zamanda, bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirir, Şuşa və Zəngilan məscidləri Fond tərəfindən təmir və bərpa olunur.


Bu işlər Şuşada və digər ərazilərdə gedir. Həmçinin, Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük.


Son illər Bakıda Bibiheybət, Təzəpir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda İslam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib və elə təqdim edilir.


Prezident İlham Əliyevin din sahəsinə böyük diqqət və qayğısının göstəricisi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Prezident İlham Əliyev bir müddət bundan əvvəl İnstitutun yeni binasının açılışında iştirak etdi.


Bu gün bu İnstitut bölgənin aparıcı ali dini təhsil müəssisələrindən birinə çevrilib, yeni bina ilə təmin olunub. Bu elm ocağında Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır.


Onu da qeyd edək ki, Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir.


Qeyd olunanlara əsasən tam əminliklə söyləyə bilərik ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı