Modern.az

Ağdamda ağır qəza - Ölən var

Ağdamda ağır qəza - Ölən var

Current

20 İyun 2022, 11:19

İyunun 18-də saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində Aşur Əliyevin idarə etdiyi “VAZ-21063” və İ.Vəliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Əliyev ölüb, digər sürücünün vəziyyəti qənaətbəxşdir. 

 

Analoji al iyunun 19-da saat 10 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində də qeydə alınıb. Belə ki, Qazax rayon sakini Fərid Nəsibovun idarə etdiyi “Toyota” və Şəki rayon sakini Z.Əhmədovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub.

 

Nəticədə F.Nəsibov və sərnişini Ucar rayon sakini Yusif Məmmədli hadisə yerində ölüb, digər sərnişini, Xaçmaz rayon sakini X.Baydaşev xəstəxanaya yerləşdirilib. 

 

Hər iki faktla bağlı müvafiq araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı