Modern.az

“YouTube” Peqovun kanalını BAĞLADI

“YouTube” Peqovun kanalını BAĞLADI

مورد توجه

21 İyun 2022, 07:35

“YouTube” platforması təxribatçı videolarla populyarlıq qazanan rusiyalı bloger Semyon Peqovun “WarGonzo” kanalını bağlayıb.

 

Modern.az xəbər verir ki, geniş izləyici auditoriyası olan kanal “YouTube”dən birdəfəlik silinib.

 

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı