Modern.az

Yaponiya səfiri Goranboyda olub

Yaponiya səfiri Goranboyda olub

Aktual

21 İyun 2022, 15:06

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Goranboy rayonunda işğüzar səfərdə olub.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev İcra Hakimiyyətində keçirilən görüşdə rayonunun tarixi, iqtisadiyyatı və  mədəniyyəti barədə səfirə ətraflı məlumat verib.

 

Bildirilib ki, rayonda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq və heyvandarlıq yüksək səviyyədə inkişaf etdirilib. Həmçinin kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılıb.

 

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Sonra Səfir rayonumuzda  fəaliyyət göstərən ən iri istehsal müəssisələrindən biri olan  G-Group MMC-də olub. 

 

Səfirə bildirildi ki, burada istehsal olunan məhsullar "Made in Azerbaijan” brendi ilə daxili bazarlarla yanaşı, xarici bazarlara da ixrac olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı