Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov son zamanlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin yenidən gərginləşməsinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, nazir deyib ki, Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır.
"Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür", - müdafiə naziri qeyd edib.