Modern.az

Ölümü yol kənarında "GÖZLƏDİLƏR"

Ölümü yol kənarında

Aktual

4 İyul 2022, 12:22

Həftəsonu respublika yollarında qeydə alınmış qəzalar zamanı yol kənarında dayanmış piyadalar ölüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 2-də saat 13 radələrində Oğuz rayonunun Xalxal kəndi ərazisində Mingəçevir şəhər sakini E.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Əlavər Lətifovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.

 

Analoji hadisə iyulun 3-də saat 4 radələrində Xətai rayonunun 8 Noyabr prospektində də baş verib. Bakı şəhər sakini T.Seyidov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış 30-35 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

 

Daha bir hadisə iyulun 3-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsidə  qeydə alınıb. Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında saxlanılmış “Hyundai” markalı avtomobili və yaxınlıqda olan sürücüsü, Bərdə rayon sakini Etiram Hüseynovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Hüseynov ölüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı