Modern.az

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

Aktual

29 İyul 2022, 08:26

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

 

Modern.az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstanın “Fehervar” (2:1) və Kiprin “Aris” klublarına (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.

 

Üç komanda birlikdə ölkəmizin aktivinə daha 0,625 xal gətirib.

 

Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı