Modern.az

Rusiyada rekord yoluxma - 43 NƏFƏR ÖLDÜ

Rusiyada rekord yoluxma - 43 NƏFƏR ÖLDÜ

Aktual

30 İyul 2022, 13:58

Rusiyada aprelin 10-dan bu günə qədər ilk dəfə olaraq koronavirusa 12 mindən çox yoluxma halı aşkar edilib

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın koronavirusla mübarizə üzrə Operativ qərargahı yayıb.

 

Məlumata görə, ölkədə ötən sutka ərzində 12 248 yoluxma halı qeydə alınıb.

 

Bununla yanaşı, son 24 saat ərzində Rusiyada 43 nəfər koronavirusdan dünyasını dəyişib, 6209 nəfər isə sağalıb.

 

Ümumilikdə isə pandemiya dövründə Rusiyada 18 589 221 yoluxma halı aşkar olunub, 382 395 nəfər dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı