Modern.az

Süveyş kanalında rekorda imza atıldı

Süveyş kanalında rekorda imza atıldı

مورد توجه

7 Avqust 2022, 09:46

Süveyş kanalından avqustun 6-da rekord sayda yük gəmisi keçib.

 

Modern.az-ın məlumatına görə, Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə jurnalistlərə müsahibəsində bildirib ki, şənbə günü kanaldan 5,2 milyon ton yük daşıyan 89 gəmi keçib.

 

Onun sözlərinə görə, şimal istiqamətindən 44, cənub istiqamətindən isə 45 gəmi təhlükəsiz şəraitdə yola salınıb.

 

Genişləndirmə işləri tamamlandıqdan sonra Süveyş kanalının gündəlik tranzit həcmi daha da artıb.

 

Ən yüksək göstərici ötən il sentyabrın 21-də qeydə alınıb. Həmin gün kanaldan 87 gəmi keçib. Bununla yanaşı, Süveyş kanalının gəlirləri də rekord səviyyəyə çatıb. Belə ki, iyulda gəmilərin keçidindən aylıq tranzit gəlir 704 milyon dollara çatıb. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı