Son iki gündə Qəzza zolağından İsrail ərazisinə 449 raket atılıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, raketlərdən 354-ü İsrailə çata bilib. Bundan əlavə, 81 raket Qəzza zolağına, 14-ü isə dənizə düşüb.
"Dəmir Günbəz" İsrailə atılan raketlərin 95 faizini zərərsizləşdirib.