Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mədinə Musayeva koronavirusa yoluxub.
Modern.az-ın məlumatına görə, bu barədə o, özü açıqlama verib.
İdmançı bildirib ki, avqustun 3-də verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb. Həndbolçu bu səbəbdən yığma ilə birlikdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yollana bilməyib.
Musayeva sonradan 3 ayrı ekspress testdən keçib, nəticələr mənfi olub. Buna baxmayaraq, o, hələ də karantindədir.