Modern.az

İsraildə atışma: 7 nəfər yaralandı

İsraildə atışma: 7 nəfər yaralandı

Aktual

14 Avqust 2022, 12:10

İsraildə “Ağlama divarı” yaxınlığında atışma olub. İnsident nəticəsində 7 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, zərərçəkənlərdən ikisi ağır vəziyyətdədir. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

 

Atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda baş verib.

 

Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Polisin məlumatına görə, hadisə terror aktı kimi qiymətləndiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı