Modern.az

Bakıda ev yandı

Bakıda ev yandı

Aktual

14 Avqust 2022, 14:54

Bakıda yanğın hadisəsi baş verib.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli mansardalı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan mənzilin yanar konstruksiyaları yanıb, 4-cü mərtəbədəki mənzildə 4 ədəd plastik pəncərə çərçivəsi, 1 ədəd kondisioner və tavan örtüyü 2 m² sahədə yüksək temperaturdan əriyib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı