Azərbaycanda fəaliyyət göstərən müstəqil hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar, keçmiş siyasi məhbuslar və hazırda siyasi motivlərlə həbs edilmiş məhbusların yaxınları tərəfindən Avropa Şurası Parlament Assambleyasınn prezidenti Jean-Claude Mignona, Almaniya Federativ Respublikası Bundestaqının deputatı, Avropa Şurası Parlament Assambleyasınının üzvü Kristofer Ştrasserə, Avropa Şurasının baş katibi Thorbyorn Jaglanda, Avropa Şurası Nazirlər Komitəsinin sədri Gilbert Saboya Sunyeyə, Avropa Şurası İnsan Hüquqları üzrə komissarı Nils Muizniekse, Avropa Şurası Parlament Assambleyasının üzvlərinə
müraciət ünvanlanıb.
Modern.az-ın məlumatına görə, müraciət müəllifləri bildiriblər ki, onlar Almaniya Federativ Respublikasının deputatı Kristofer Ştrasserin 24 mart 2009-cu ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsini böyük ümidlə qarşılamış, bunu siyasi məhbusların azadlığa çıxması yönündə yeni mərhələ hesab ettmişdilər.
“Ölkəmizin demokratik ictimaiyyəti əmin idi ki, onun hesabatının qəbulu gələcək repressiyaların qarşısının alınması yönündə mühüm adım olacaq. Eyni zamanda biz narahat idik ki, hesabatın qəbul edilməməsi siyasi və ictimai fəallara qarşı növbəti təqiblərin güclənməsinə rəvac verəcək. Təəssüf ki, bu ehtimallar doğruldu və AŞPA-nın son sessiyasında hesabat üzrə qətnamə layihəsinin qəbul edilməməsi ölkədə yeni təqiblərlə müşayiət olunaraq, hakimiyyəti tanınmış siyasi fəallara qarşı qondarma ittihamlarla həbslərə başlamağa həvəsləndirdi”-deyə müraciət müəllifləri bildidiblər.
Azərbaycanda AŞPA-ya olan etimadın bir daha sarsıldığını bəyan edən müraciət müəllifləri Azərbaycanda insan hüquqlarının müdafiəsinə beynəlxalq dəstəyin təmin olunması məqsədilə ŞPA prezidentindən aşağıdakıları xahiş ediblər:
Azərbaycanda hazırda 60-dan artıq şəxsin siyasi motivlərlə həbsdə və ya məhkəmə qərarı gözləməklə potensial siyasi məhbus olduğunu nəzərə alaraq, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi mandatı davam etdirilsin.
AŞPA-nın son sessiyasında “Azərbaycanda siyasi məhbus məsələlərinin izlənilməsi” barədə qətnamə layihəsinin əleyhinə səsvermiş şəxslər (Azərbaycan və Rusiya parlamentinin üzvləri istisna olmaqla) yerli və beynəlxalq ictimaiyyətə bu qərarlarının səbəbi barədə ətraflı və qənaətbəxş izahat təqdim etsinlər;
Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icrası üzrə monitorinqinə məsul AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Josef Qrexin fəaliyyətinə olan inamın sarsıldığı nəzərə alınaraq, bu şəxslərin mandatı ləğv edilərək, digər AŞPA üzvləri ilə əvəz edilsin;
AŞPA-nın son sessiyasında “Azərbaycanda siyasi məhbus məsələlərinin izlənilməsi” barədə qətnamə layihəsinin əleyhinə səsvermiş şəxslərə Azərbaycan ictimaiyyətinin etimad etmədiyi bildirilməklə, onlara 16 oktyabr 2013-cü il prezident seçkisi ilə bağlı AŞPA-nın beynəlxalq seçki müşahidə missiyasında təmsilçilikdən imtina etməsi tövsiyyə edilsin. Xatırladaq ki, qətnamənin əleyhinə səsvermiş şəxslərdən bu qərarlarının səbəbi barədə ətraflı və qənaətbəxş izahat əldə etməyincə, biz onların Azərbaycanla bağlı siyasi proseslərdə tərəfsiz qalacağına inamsızlığımızı ifadə edir və onlarla gələcək təmaslarımızdan imtina edirik.
“Azərbaycanda siyasi məhbus məsələlərinin izlənilməsi” üzrə qətnamə layihəsinə əlavədə adları çəkilərək, hazırda təcili tibbi yardıma ehtiyacı olan 6 nəfər xəstə məhbusların azad edilməsi yönündə Avropa Şurasının müvafiq strukturları səylər nümayiş etdirsin.
İmza edənlər:
| N | Name | Position / Organization | |
| 1 | Alasger Mammadli | Chairman, Monitoring of Broadcasting Center | |
| 2 | Ali Karimli | Chairman, Azerbaijan Popular Front Party | |
| 3 | Anar Orujlu | Chairman, Caucasus Media Investigations Center | |
| 4 | Anar Mammadli | Chairman, Election Monitoring and Democracy Studies Center | |
| 5 | Annagi Hacibeyli | President, Azerbaijan Lawyers Association | |
| 6 | Arzu Abdullayeva | Chairperson, Azerbaijan Helsinki Citizen Assembly | |
| 7 | Arastun Orujlu | Director, “East-West” Research Center | |
| 8 | Asabali Mustafayev | Chairman, Democracy and Human Rights Resource Center | |
| 9 | Elchin Abdullayev | Chairman, Democratic Institutions and Human Rights Social Union | |
| 10 | Gelender Muxtarli | Chairman, National Democratic Party | |
| 11 | Gubad Ibadoglu | Chairman, Public Initiatives Center | |
| 12 | Hafiz Hasanov | Chairman, Law and Development Public Association | |
| 13 | Hikmet Hadjy-zadeh | Expert, FAR Centre | |
| 14 | Isa Gambar | Chairman, Musavat Party | |
| 15 | İbrahim İbrahimli, | Member of Coordination Council, Public Chamber | |
| 16 | Ilgar Ibrahimoglu | Chairman, Centre for the Protection of Freedom of Conscience and Religion | |
| 17 | Ilgar Huseynli | President, Social Strategic Studies and Analytically Investigations Public Union | |
| 18 | Intigam Aliyev | President, Legal Education Society | |
| 19 | Khalid Kazimov | Chairman, Regional Human Rights and Media Center | |
| 20 | Khalid Bagirov | Member of Board, Republican Alternative Civic Movement | |
| 21 | Kochari Nagibayli | Chairman of Western Azerbaijan Union | |
| 22 | Leyla Yunus | President, Peace and Democracy Institute | |
| 23 | Leila Aliyeva | President, Center for National and International Studies | |
| 24 | Mehriban Vazir | Chairperson, center for Political Culture of Azerbaijani Women | |
| 25 | Mirvari Gahramanli | Chairperson, Committee of Protection of Oil Workers Rights | |
| 26 | Mireli Huseynov | Chairman, Democracy Learning Public Union | |
| 27 | Ogtay Gulaliyev | Chairman, For the Sake of Democratic Reforms Union | |
| 28 | Panah Huseyn | Chairman, Azerbaijan People Party | |
| 29 | Rasul Jafarov | Chairman, Human Rights Club | |
| 30 | Rashid Hajili | Chairman, Media Rights Institute | |
| 31 | Rauf Arifoglu, | Editor-in-chief of Yeni Musavat newspaper | |
| 32 | Rovshan Agayev | Deputy Chairman, Centre for Assistance to Economic Initiatives | |
| 33 | Rafig Tamrazov | Chairman, Centre of Equal Opportunities | |
| 34 | Rovshan Haciyev | President, School of Democratic Journalism | |
| 35 | Rafig Manafli | Chairman of Supreme Assembly, Civil Solidarity Party | |
| 36 | Rahim Hajiyev, | Editor-in-chief of Azadliq newspaper | |
| 37 | Sulhaddin Akber | Chairman, Open Society Party | |
| 38 | Samir Kazimli | Coordinator, Alliance for Defense of Political Freedoms | |
| 39 | Ulvi Hasanli | Chairman, Free Youth Organization | |
| 40 | Uzeyir Mammadli | Member of Board, NIDA Civic Movement | |
| 41 | Vidadi Mirkamal | Chairman, Arbiter Law Center | |
| 42 | Vidadi Iskandarli | Chairman, Assistance to Protection of Democracy Public Association | |
| 43 | Zaur Akber | Chairman, Youth Club Public Association | |
| 44 | Zafar Guliyev, | Acting Chairman, Public Chamber | |
| 45 | Zohrab Ismayil | Chairman, Free Economy Center |