Modern.az

“Kubinka”da narkotik satanlar tutuldu, 4-ü qadındır - VİDEO

“Kubinka”da narkotik satanlar tutuldu, 4-ü qadındır - VİDEO

Aktual

25 Avqust 2022, 13:16

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov ("Kubinka") küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Araşdırmalar davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı