"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olub.
Modern.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.
Püşkatma nəticəsində Azərbaycan təmsilçisi G qrupuna düşüb. "Qarabağ" qrup oyunlarında "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Oyunlar sentyabrın 8-də, 15-də, oktyabrın 6-da, 13-də, 27-də və noyabrın 3-də keçiriləcək.