Modern.az

Qarabağın rəqibinin futbolçusu zədələndi

“Qarabağ”ın rəqibinin futbolçusu zədələndi

مورد توجه

4 Sentyabr 2022, 14:04

"Frayburq" klubunun futbolçusu Roland Şallai Almaniya Bundesliqasında "Bayer"ə qarşı səfər oyununda ağır zədə alıb.

 

Modern.az məlumatına görə, meydan sahiblərinin müdafiəçisi Conatan Tah oyun epizodunda butsunun alt hissəsi ilə Şallainin sifətinə zərbə vurub.

 

Nəticədə macarıstanlı yarımmüdafiəçinin gözü şişib. İlkin tibbi yardım aldıqdan sonra meydanı xərəkdə tərk edən 24 yaşlı futbolçunu U Yon Çen əvəzləyib.

 

Qeyd edək ki, "Frayburq" növbəti oyununu sentyabrın 8-də Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı