Modern.az

Bu stansiyalara giriş yarım saat tez bağlanacaq - RƏSMİ

Bu stansiyalara giriş yarım saat tez bağlanacaq - RƏSMİ

مورد توجه

5 Sentyabr 2022, 16:26

Sentyabrın 6-dan oktyabrın 1-dək "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyaları girişə saat 23:30-da bağlanacaq.

 

Bu barədə Modern.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

B.Məmmədov qeyd edib ki, buna səbəb Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılmasıdır:

 

"Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı