Modern.az

Avropa Azərbaycanın humanist addımını alqışlayır

Avropa Azərbaycanın humanist addımını alqışlayır

Aktual

10 Sentyabr 2022, 14:46

Avropa İttifaqı avqustda Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanın 5 ermənini vasitəçisiz təhvil verməsini alqışlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

 

“Bu, cəmiyyətlər arasında ehtiyac duyulan etimadın yaradılması istiqamətində mühüm addımdır. Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında əlaqələrin normallaşması üçün fəal şəkildə işləməyə davam edir”, - Aİ rəsmisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı